AZ

Mingəçevirə gələn xarici turistlər arasında hansı ölkələrin vətəndaşları üstünlük təşkil edib?

Mingəçevir, 21 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC

Ötən il Mingəçevir şəhərindəki 9 hotel və mehmanxana tipli müəssisədə 15 min 891 turist yerləşdirilib.

Mingəçevir Şəhər Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onların 15 min 435 nəfəri Azərbaycan, 456 nəfəri isə xarici ölkə vətəndaşı olub. Şəhərə üz tutan xarici turistlərin sayında artım müşahidə edilib. Belə ki, 2024-cü ildə bu rəqəm 258 olub. Əcnəbi turistlər arasında Belarus, Çexiya, İtaliya, Belçika, Almaniyadan olanlar üstünlük təşkil edib. Digər turistlər Rusiya, Çin, Bolqarıstan, Rumıniya, Türkiyə, Yaponiya, İspaniya, İsrail, Macarıstan, Polşa və digər ölkələrdən olub.

 

 

Seçilən
51
azertag.az

1Mənbələr