“Kəpəz”in qış təlim-məşq toplanışı çərçivəsində keçirdiyi 2 yoxlama görüşü komanda üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, baş məşqçi Azər Bağırov bu qarşılaşmalarda “Kəpəz”in 10 yetirməsinə şans verib.
“Sarı-göylər”in yetirmələrindən qapıçı Elgün Bayramov, müdafiəçilər Arzu Atakişiyev, Ümid Səmədov, yarımmüdafiəçilər Fərid Kələntərov, Amur Yusifov, Raul İsaqov, Nihad İsaqov, hücumçular Şahnur İsmayılov, Sadiq Şəfiyev və Elxan Məmmədov meydana daxil olublar.
Azər Bağırov oyunlardan sonra akademiyadan dəvət olunan futbolçuların gələcəkdə əsas komandanın real namizədləri olacağına inandığını bildirib.
"Qalatasaray" – "Atletiko" matçı bu kanalda
Millimizin mövqeyi dəyişməyib
Əliyar Ağayev Avropa Liqası oyununa təyinat alıb
Murad Musayev "Sabah"dan ayrılmasının səbəbini açıqlayıb
"Az qələbə qazanaq, öz oyunumuzla qazanaq" - Qurban Qurbanov