ain.az, Milli.az portalına istinadən məlumat yayır.
Niderland yığmasının və Almaniyanın "Bayer 04" klubunun qapıçısı Mark Flekken uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Milli.Az insayder Florian Plettenberqə istinadən xəbər verir ki, 32 yaşlı qolkiper Bundesliqada "Hoffenhaym"la keçirilən və 0:1 hesabı ilə məğlubiyyətlə başa çatan oyunda zədələnib.
Aparılan tibbi müayinələrdən sonra Flekkenin sağ dizində bağların qırıldığı müəyyənləşib. Bu zədə səbəbindən qapıçının təxminən iki ay forma geyinməsi mümkün olmayacaq.
Qeyd edək ki, Mark Flekken bu mövsüm "Bayer 04" forması ilə 26 qarşılaşmada meydana çıxıb.
Hüseyn
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.