AZ

Naxçıvanın ÜDM-ni buna görə artıb - İqtisadçı səbəbi açıqladı

“Azərbaycanda 2025-ci ildə ümumi daxili məhsul (ÜDM) cəmi 1,4% artıb, bu MDB-də ən aşağı göstəricilərdən biridir”.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq  Cəfərli bildirib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında isə ÜDM həcmində artım var:

“Amma, yaxşı xəbər də var – 2025-ci ildə Naxçıvan Muxtar Respublikasında ÜDM-ın artım tempi ölkənin tamamından çox olub, Naxçıvanda ÜDM keçən il 4% artıb.

Səbəbi bilirsiniz nədir? Naxçıvanda quru sərhədlər tam açıqdır, orada qeydiyyatı olanlar sərbəst çəkildə İrana, Türkiyəyə gedib-gələ, ticarətlə məşğul ola, avtobusla, piyada, öz maşınlarında səyahət edə bilirlər.

Belə bir vəziyyət ölkə Konstitusiyasının vətəndaşların bərabər hüquqları prinsipinə zidd olasa da, açıq olması yaxşıdır, doğrudur.

Quru sərhədlərin bağlı olması, sərhədyanı ticarətin kökünün kəsilməsi ölkə iqtisadiyyatına ciddi ziyan vurur. Qonşu ölkələrin təcrübəsi bir kənara, tək elə Naxçıvan örnəyi bunu sübut edir. Daşı ətəyinizdən tökün, açın quru sərhədləri, həm vətəndaş rahat nəfəs alsın, həm də iqtisadi canlama yaransın...”

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
42
yenisabah.az

1Mənbələr