AZ

Ağcabədidə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Bakı, 21 yanvar, AZƏRTAC

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunan Yelmar Atakişiyev tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onun yaşadığı ünvandan 10 kiloqram 235 qram marixuana aşkarlanıb.

Yelmar Atakişiyevin narkotik vasitəni satmaq məqsədilə əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
82
25
azertag.az

10Mənbələr