AZ

Davos Forumundakı görüşlər Azərbaycana marağın artdığını göstərir

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev hər olduğu kimi bu ildə Davos Dünya İqtisadi Forumunda iştirak edərək uğurlu görüşlər keçirdi. Bu il forumun əsas mövzusu “Dialoq ruhu” seçilib və tədbirdə beynəlxalq təhlükəsizlik, iqtisadi böyümə və süni intellekt kimi qlobal mövzular müzakirə olunur. Forumda 60-dan çox dövlət və hökumət başçısı, 55 iqtisadiyyat və maliyyə naziri, 800-dən artıq aparıcı menecer iştirak edir. Foruma ABŞ Prezidenti Donald Trump, Fransa Prezidenti Emmanuel Makron, Avropa Komissiyası prezidenti Ursula von der Lyayen, BMT Baş katibi Antonio Guterreş və Çin vitse-prezidenti He Lifenq kimi nüfuzlu siyasi və dövlət xadimləri qatılıblar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli deyib.

O bildirib ki, dövlət başçısı forum çərçivəsində digər liderlərlə ikitərəfli görüşlər keçirib, keçirdiyi siyasi xarakterli görüşlərdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirmək məsələlərini müzakirə edib.

“Lakin daha çox maraq doğuran dünya miqyasında fəaliyyət göstərən transmilli korporasiyaların rəhbərləri ilə keçirən görüşlər olub. “Carlsberg Group”, “DP World”, “Vestas Wind Systems”, “J.P. Morgan”, “Brookfield Asset Management” kimi şirkətlər dünya iqtisadiyyatına təsir etmək gücünə malikdirlər. Bu şirkətlər qlobal iqtisadiyyatda dövriyyədə olan maliyyə vəsaitinin 30 faizindən çoxuna malikdirlər. Bank işindən tutmuş nəqliyyat, sənaye, kənd təsərrüfatı, rabitə və iqtisadiyyatın digər sahələrində böyük paya malik olan bu korporasiyalar investisiya üçün sabit ölkə istəyirlər. Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq regiona sülh və sabitlik gətirib. Dövlətimizin təşəbbüsü ilə regionda beynəlxalq mahiyyət daşıyan iqtisadi layihələr həyata keçirilir. Bu layihələr Azərbaycan ilə yanaşı regionun digər dövlətlərinin də dünya iqtisadiyyatına inteqrasiyasını artıracaq. Azərbaycanın iqtisadi potensialı və regiondakı sülh təşəbbüsləri beynəlxalq şirkətlərin diqqətini cəlb edib. Onlar regiondakı iqtisadi layihələrdə iştirak etmək və sərmayə yatırmaq niyyətlərini bildiriblər. Perspektivdə bu şirkətlərlə əməkdaşlıq Azərbaycana yalnız iqtisadi divident deyil, həm də beynəlxalq aləmdə siyasi dəstək də qazandıracaq. Davos Forumundakı görüşlərin nəticələri zamanla özünü göstərəcək. Forumda Azərbaycan Prezidentinin iştirakı ölkəmizə qarşı marağın artdığını göstərir”, - deyə V. Hüseynli əlavə edib.

 

Seçilən
32
azertag.az

1Mənbələr