Suriyanın keçmiş vitse-prezidenti (1984-1998), keçmiş prezident Bəşər Əsədin əmisi Rifat əl-Əsəd 88 yaşında vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ölümün səbəbləri barədə ətraflı məlumat verilməyib.
Rifat əl-Əsəd ölkəni 1971-ci ildən 2000-ci ilə qədər idarə edən keçmiş Suriya prezidenti Hafiz əl-Əsədin kiçik qardaşıdır. O, uğursuz çevriliş cəhdindən sonra 1984-cü ildən xaricdə yaşayıb, eyni zamanda nominal olaraq dövlət vəzifəsini tutmağa davam edib. 2021-ci ildə Bəşər əl-Əsəd əmisinin siyasi fəaliyyətdən uzaq durmaq şərti ilə vətəninə qayıtmasına icazə verib. Rifat əl-Əsədə qarşı İspaniya, Fransa və İsveçrədə korrupsiya və müharibə cinayətləri ittihamları ilə məhkəmə iddiaları qaldırılıb. Lakin səhhətinin pis olması səbəbindən məhkəmə prosesi dayandırılıb.
Ərəb mediasının məlumatına görə, Rifat 2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyindən sonra Beyruta köçüb.