BAKI, 21 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin səhv istiqamətdə irəlilədiyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib.
Tramp deyib: "Mən Avropanı sevirəm və Avropanın yaxşı inkişaf etməsini istəyirəm, amma o düzgün istiqamətdə irəliləmir".
Tramp qeyd edib ki, Avropada bəzən tanınmaz olur və bu dəyişikliklər mənfi xarakter daşıyır.
ABŞ Prezidenti Avropanın miqrasiya və enerji siyasətini tənqid edib.