AZ

Premyer Liqada 3-cü dəfə turun ən yaxşısı seçildi

İngiltərə Premyer Liqasında 22-ci turun ən yaxşı futbolçusu müəyyənləşib.

"Unikal" Premyer Liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ada "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş layiq görülüb.

Portuqaliyalı futbolçu ötən həftəsonu baş tutan Mançester derbisində parlaq oyunu ilə yadda qalıb. O, komandasının "Mançester Siti" üzərində 2:0 hesablı qələbə qazandığı görüşdə Brayan Mbeumonun vurduğu qolun məhsuldar ötürməsini verib. 

Qeyd edək ki, futbolçu bununla cari mövsüm ərzində üçüncü dəfə turun ən yaxşı oyunçusu seçilib.

Xatırladaq ki, hazırda Maykl Kerrikin rəhbərlik etdiyi "qırmızı şeytanlar" turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Klub növbəti tur çərçivəsində yanvarın 25-də səfərdə "Arsenal"ın qonağı olacaq.

Seçilən
12
50
unikal.az

10Mənbələr