AZ

ABŞ Prezidenti: Biz Avropanın güclü olmasını istəyirik

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Avropa özünü məhv edir.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Davosda çıxışında bildirib.

Tramp Avropanın düzgün istiqamətdə getmədiyini deyib.

“Biz güclü müttəfiqlər istəyirik, zəifləmiş müttəfiqlər yox. Avropa düzgün mövqedə deyil”, - o qeyd edib.

Tramp Avropanı ABŞ-ın yolunu izləməyə çağırıb.

ABŞ Prezidenti, eyni zamanda, Qərb iqtisadiyyatının daim artan dövlət xərcləri, nəzarətsiz kütləvi miqrasiya və sonsuz xarici idxaldan əziyyət çəkdiyini bildirib.

“Biz Avropanın güclü olmasını istəyirik. ABŞ Avropa xalqlarına çox qayğı göstərir. Biz həqiqətən də qayğı göstəririk. Biz Avropa ilə paylaşdığımız bağlara dərindən inanırıq. Buna görə də enerji, ticarət, immiqrasiya və iqtisadi artım kimi məsələlər güclü və vahid Qərb görmək istəyən hər kəs üçün əsas narahatlıqlar olmalıdır", - Ağ Ev lideri əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
5
apa.az

6Mənbələr