AZ

Dövlət öz səhvlərini qəbul etməlidir Pezeşkian

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran prezidenti Məsud Pezeşkian hakimiyyət orqanlarının ölkəni idarə etməkdə səhv etdiklərini qəbul etməli olduqlarını bildirib və ictimai şikayətləri görməzdən gəlməyin cəmiyyəti yalnız qəzəbə, zorakılığa və yadlaşmaya sövq edəcəyi barədə xəbərdarlıq edib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Pezeşkian deyib: "Biz qəbul etməliyik ki, işləri idarə etməkdə səhvlərə yol vermişik. Əgər öz səhvlərimizin fərqinə varmasaq və onları düzəltməyə çalışmasaq, yalnız başqalarını günahlandırsaq, heç bir şeyə nail ola bilməyəcəyik.

Dövlət orqanları yoxsul təbəqənin tələblərinə və problemlərinə laqeyd qalsa, ictimai narazılıq artacaq.

Bütün qurumlar və idarəetmə orqanları həssas qrupların tələblərinə və problemlərinə məhəl qoymadıqda, cəmiyyətin zorakılığa, laqeydliyə və ölkədən və dövlətdən uzaqlaşmağa doğru irəliləməməsini gözləyə bilmərik".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
113
3
redaktor.az

4Mənbələr