AZ

Azərbaycanda ÜDM artımı 2026-cı ildə 3 % təşkil edəcək -

"Moody`s" beynəlxalq reytinq agentliyi Azərbaycanın ÜDM-nin artımının 2026-cı ildə 3 %-ə qədər sürətlənəcəyini proqnozlaşdırır.Metbuat.az reytinq agentliyinin proqnozlarına istinadən xəbər verir ki, "Moody`s"in qiymətləndirmələrinə görə, Azərbaycanın ÜDM-i 2025-ci ildə 1,5 % artıb. Agentlik 2027-ci ildə Azərbaycanın iqtisadi artımının 2,5 % təşkil edəcəyini gözləyir.Beləliklə, agentliyin qiymətləndirmələrinə görə, 2026-2027-ci illərdə Azərbaycanın ÜDM-nin orta illik artımı 2,75 %-ə bərabər olacaq.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə iqtisadiyyatı 2025-ci ildə 1,4 % artıb.

Seçilən
56
4
metbuat.az

5Mənbələr