AZ

Türkiyədə zəlzələ oldu

Türkiyənin Balıkəsir vilayətinin Sındırğı rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, yeraltı təkan yerli vaxtla 18:11-də alınıb.

Zəlzələ ilə bağlı hələlik dağıntı və ya xəsarət alanlar barədə rəsmi məlumat açıqlanmayıb.

Mütəxəssislər bölgədə vəziyyəti nəzarətdə saxlayırlar.

Seçilən
84
11
teleqraf.com

10Mənbələr