AZ

Aysun 28 ildən sonra atası ilə danışıb ağladı - VİDEO

Müğənni Rəqsanə İsmayılovanın ifaçı qızı Aysun ilk dəfə atasının səsini eşidib.

 

Yaşar bəy "Rəngarəng" verilişinə telefonla qoşulub. Aysun bildirib ki, illərdi atasını axtarıb, amma qarşı tərəf onu görmək istəməyib.

 

Yaşar isə "Ona mən Ayşə adını qoymuşdum. 4 yaşı olanda anasına zəng etdim. Anası dedi ki, Aysunun yeni atası var, sən ona lazım deyilsən. Gəlsin evimə, balamı görüm. Mən ondan küsməmişəm. Üç balam var. İkisi yanımdadır" sözlərini söyləyib.

 

"Nə danışacağımı bilmirəm. Onun qapısına getdim. Əmim olduğunu deyən şəxs atamın məni görmək istəmədiyini dedi. 28 ildir atamı tanımamışam" deyən Aysun, göz yaşlarını saxlaya bilməyib.

 

Axsam.az

Tarix: 21 Yanvar 2026, 19:37   
Seçilən
30
2
pravda.az

3Mənbələr