2025-ci ildə Azərbaycan 172.863,89 ton pomidor ixrac edib ki, bu da 2024-cü illə müqayisədə 18,7% artım deməkdir.
Ölkə.Az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.
Dəyər baxımından ixrac həcmi 9,7% artaraq 192.470.540 dollara çatıb.
Hesabat dövründə pomidor ixracı Azərbaycanın ümumi ixracının 0,77%-ni təşkil edib (2024-cü ildə 0,66%).