AZ

“Preston”lu Osmayiç yenə qalmaqalda, cəza kolleksiyası böyüyür VİDEO

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Preston” klubunun futbolçusu Milutin Osmayiç bu mövsüm intizam problemləri ilə gündəmdən düşmür.

İdman.Biz xəbər verir ki, monteneqrolu hücumçu artıq bir neçə ağır insidentlə yadda qalıb və diskvalifikasiyalarının sayını artırıb.

Osmayiç mövsüm ərzində ilk olaraq Ouven Beki dişləmə hərəkətinə görə səkkiz oyunluq cəza alıb. Daha sonra “Birmingem”in futbolçusu Hannibal Mejbriyə ünvanlanan irqçi təhqirlər səbəbindən doqquz oyunluq diskvalifikasiya ilə üzləşib.

Son insident isə “Reyncers”in yarımmüdafiəçisi Con Lundstramla oyunda yaşanıb. Futbolçu bu dəfə rəqibinə başla zərbə endirib və bunun da yeni cəza ilə nəticələnəcəyi gözlənilir.

Beləliklə, Osmayiç hələ mövsüm bitməmiş müxtəlif səbəblərlə topladığı diskvalifikasiyalara görə dilər əzbəri olub.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
111
1
icma.az

2Mənbələr