AZ

Gözəlləşmək istəyərkən həyatı qaralanlar nə etməlidir? Klinikadan pulu belə geri almaq olar

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Zərərçəkən şəxslər iddiaçı qismində məhkəməyə müraciət edə bilərlər."Demokrat.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Şamil Paşayev deyib. O bildirib ki, son illər estetik prosedurların çoxalması ilə paralel olaraq, sağlamlığına zərər dəyən və hüquqi yardım istəyən vətəndaşların sayında kəskin artım müşahidə olunur.Hüquqşünasın sözlərinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi bu hallarda vətəndaşlara geniş hüquqlar tanıyır. Əgər estetik müdaxilə zamanı xəsarət yetirilibsə və ya dəyən zərər cinayət tərkibi yaradırsa, vətəndaşlar təkcə məhkəməyə deyil, həm də hüquq-mühafizə orqanlarına müraciət etmək səlahiyyətinə malikdirlər. Bu proses həm maddi, həm də mənəvi vurduğu ziyanın kompensasiya edilməsini əhatə edir.Şamil Paşayev əməliyyatdan öncə ehtiyatlı olmağın vacibliyini xüsusi vurğulayıb. O qeyd edib ki, hər bir şəxs əməliyyat olunacağı yerin sadəcə "gözəllik mərkəzi" deyil, rəsmi klinika statusu daşıyıb-daşımadığını öncədən araşdırmalıdır. Səhiyyə Nazirliyinin verdiyi xüsusi lisenziya və cərrahın peşəkar sertifikatı uğursuzluq riskini azaltsa da, hüquqi mübahisə zamanı da əsas sübutlardan biri hesab olunur. Ekspertizadan keçmək və dəymiş zərəri rəsmi sənədləşdirmək isə növbəti addımlarda həlledici rol oynayır.“Səhiyyə Nazirliyinin müvafiq icazəsi olub-olmadığı, həkimin estetik cərrah kimi işləməyə sertifikatı olub-olmaması diqqətə alınmalıdır. Eyni zamanda, ekspertizadan müvafiq arayışın alınıb-alınmaması da yoxlanılmalıdır”, — deyə hüquqşünas bildirib.Yəni, estetik əməliyyat sadəcə kosmetik bir prosedur deyil, ciddi tibbi-hüquqi məsuliyyətdir. Əgər vətəndaş həkim səhvi ilə qarşılaşarsa, "taleyi ilə barışmaq" yerinə, dövlətin hüquqi mexanizmlərindən istifadə edərək həm həkimin cəzalandırılmasını, həm də müalicə xərclərinin geri qaytarılmasını tələb edə bilər.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
demokrat.az

1Mənbələr