AZ

Vinisius Junior: Azarkeşlərin etiraz etməyə haqqı var

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior son vaxtlar "Santiaqo Bernabeu" stadionunda üzləşdiyi reaksiyalar və klubdakı gələcəyi ilə bağlı İspaniya mətbuatına geniş müsahibə verib.

Fanat.Az xəbər verir ki, gənc ulduz azarkeşlərin tənqidlərinə anlayışla yanaşdığını və Madrid klubunda qalmaq istədiyini bəyan edib. O, tribunaların reaksiyasını belə şərh edib:

“Öz evimdə fitə basılmaq məni çox kədərləndirir, bunu istəmirəm. Son bir neçə oyunda özümü rahat hiss etmirdim, çünki hər hansı səhv edəndə fit səsləri eşidilirdi. Amma azarkeşlərin buna tam haqqı var, çünki onlar biletlər üçün çox pul ödəyirlər”.

Müqavilə məsələsinə də toxunan braziliyalı forvard tələsmədiyini bildirib: “"Real Madrid"də uzun müddət qalmaq istəyirəm. Müqaviləni yeniləmək? Hələ bir illik sözləşməm var. Prezidentə güvənirəm, o da mənə inanır. Zamanı gələndə bu mövzuda danışacağıq, hazırda tələsməyə ehtiyac yoxdur”

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
fanat.az

2Mənbələr