Sabah paytaxtın bəzi ərazilərin qaz təchizatında fasilələr yaranacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
"Qaradağ rayonu, Qobustan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi, Yasamal rayonu, M.Şərifzadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə 22 yanvar saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı dayandırılacaq", - məlumatda qeyd olunub.
Telegram kanalımız