AZ

Fənər in Kanteni transfer etmək şansı azalır

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Bu transfer dönəmini çox fəal keçirən ''Fənərbaxça'' Nqolo Kantenin transferini heç cür tamamlaya bilmir. Baxmayaraq ki, İstanbul nəhənginin rəsmiləri iki dəfə Səudiyyə Ərəbistanına yollanıblar. Ünlü futbolçunun özü ilə isə çoxdan prinsipial razılıq əldə olunub. Problem yaradan əsas məqam odu ki, ''Əl-İttihad'' bu satışdan ciddi məbləğ qazanmaq istəyir. ''Fənər'' isə öz klubu ilə cəmi 5 ay müqaviləsi qalan futbolçuya görə böyük pullar ödəmək istəmir. Vaxt isə gedir. 34 yaşlı futbolçuya maraq göstərən digər klublar da tədricən fəallaşır. İki premyer-liqa təmsilçisi - ''Vest Hem'' və ''Everton'' 34 yaşlı fransalı futbolçuya ciddi maraq göstərir. Önümüzdəki günlərdə transfer yarışı daha da qızışacaq. Çünki Fransa klublarının da Kanteyə marağı artır. ''Fənər'' bu transferdən əlini birdəfəlik üzməsə də, şansı getdikcə azalır. Qeyd edək ki, Türkiyədə qış transfer dönəmi fevralın 6-da bağlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
1
icma.az

2Mənbələr