AZ

Türkiyə və İsrail müttəfiq oldular

İsrailin Baş naziri Benyamin Netanyahu Donald Trampın Qəzza üçün “Sülh Şurası”na qoşulmağa razılıq verib və bununla da ictimai mövqeyini dəyişib.

Bu, Netanyahunun ofisinin Qəzzaya nəzarət etməkdən məsul olan şura komitəsinin tərkibini tənqid etməsindən sonra baş verib. Jurnalistlər yazır ki, “Sülh Şurası” əvvəlcə Qəzza zolağı üçün atəşkəs planına nəzarət edəcək kiçik bir dünya liderləri qrupunun təşkilatı kimi təsəvvür edilirdi. Lakin Trampın ambisiyaları sonradan daha iddialı bir konsepsiyaya çevrildi və o, onlarla ölkəyə dəvətnamə göndərərək tezliklə qlobal münaqişələrdə vasitəçi kimi çıxış edəcəyinə işarə etdi.

“Associated Press”in məlumatına görə, Netanyahunun ofisi əvvəllər əsas regional rəqib olan Türkiyənin də daxil olduğu Qəzza icra komitəsinin tərkibinin İsrail hökuməti ilə razılaşdırılmadığını və onun siyasətinə zidd olduğunu bildirmişdi. Bu fonda Netanyahunun yeni qərarı onu koalisiyasındakı bəzi ifrat sağçı müttəfiqləri ilə fikir ayrılığına sala bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
49
editor.az

1Mənbələr