AZ

Naxçıvanda işıq OLMAYACAQ

Yazını böyüt
Yazını kiçilt

Yanvarın 22-də “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

RETSİ-dən hafta.az-a bildirilib ki, bununla əlaqədar olaraq Araz SES-dən qidalanan 35 kV Nehrəm və 35 kV Hava limanı elektrik xətləri razılaşdırılmış sifariş əsasında açılacaq. Aparılacaq işlər səbəbindən Nehrəm qəsəbəsində, Araz, Ərəzin, Bənəniyar, Əbrəqunus, Saltaq, Milax, Ərəfsə, Ləkətağ , Kırna və Əlincə kəndlərində saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Qeyd edək ki, təmir işləri enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə həyata keçirilir. Bu çərçivədə müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.

Seçilən
79
16
hafta.az

9Mənbələr