Rusiya-Ukrayna münaqişəsinin həlli kifayət qədər qısa müddətdə baş tutacaq.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumunda sual-cavab sessiyasında deyib. O bildirib ki, əgər Kamala Harris Prezident seçilsəydi, Rusiya-Ukrayna münaqişəsi Üçüncü Dünya müharibəsinə doğru aparacaqdı və onun sayəsində bu müharibə olmayacaq. O, ABŞ-ın deyil, BMT-nin bu münaqişənin həlli ilə məşğul olmalı olduğunu vurğulayıb.