
Qeyts Fondu və OpenAI Afrika ölkələrində səhiyyə üçün süni intellekt təşəbbüsünə başlayır.Ulusum.az-ın məlumatına görə, Bill Qeyts bu gün bildirib ki, Qeyts Fondu və OpenAI bir sıra Afrika ölkələrində səhiyyə sistemlərinin təkmilləşdirilməsi və beynəlxalq yardımın azalmasının təsirlərinin azaldılması məqsədilə süni intellektdən istifadəni təşviq etmək üçün 50 milyon dollar dəyərində tərəfdaşlıq yaradır.Horizon1000 adlanan bu tərəfdaşlıq çərçivəsində Afrika liderləri ilə birlikdə texnologiyadan ən səmərəli istifadə yolları müəyyən ediləcək. Layihənin ilk mərhələsi Ruandada həyata keçiriləcək.“Ciddi səhiyyə işçisi çatışmazlığı və zəif səhiyyə infrastrukturu olan yoxsul ölkələrdə süni intellekt keyfiyyətli tibbi xidmətə çıxışın genişləndirilməsində oyun dəyişdirici rol oynaya bilər”, – deyə Bill Qeyts təşəbbüsün elan olunduğu bloq yazısında qeyd edib.R.Daşdəmirova
Diqqət Çəkənlər
Qənnadçı tort bişirəndirmi?
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!