AZ

İlham Əliyev Davosda İsrail prezidenti ilə görüşüb – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşüb.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı İsxak Hersoqun ölkəmizə səfərləri və dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlanıb.

Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı vurğulandı. İqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib.

Azərbaycan və İsrail prezidentləri əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

DOĞRU.AZ

image-egck9cx7dotaih6yqmoyscha1rjgfwv8gfdi5xvl_640 image-9ptf8ryfvxetvvhzaiw4hsny0bscytzjnlyudj6m_640 image-4ausvmsy5thacjmzxzy19luryy7kdwr3izgkth6l_640

Seçilən
18
49
dogru.az

10Mənbələr