AZ

"Şəhərsalma və Memarlıq ilin"dən gözləntilərVİDEO

2026-cı il: "Şəhərsalma və Memarlıq İli".

Son illər Azərbaycanın müxtəlif regionlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, xüsusilə azad edilmiş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi göstərir ki, Azərbaycan şəhərsalma sahəsində artıq yeni mərhələyə qədəm qoyub. Qarşıdan gələn il həm də mütəxəssislər, memarlar, urbanistlər və gənc yaradıcılar üçün yeni imkanlar ili olacaq.

Xezerxeber.az-ın xəbərinə görə, Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib ki, bu baxımdan 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi təsadüfi deyil. Azərbaycan həm də mayın 17-dən 22-dək Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcək.

Memarlıq üzrə elmlər doktoru Elçin Əliyevin sözlərinə görə, bu gün ölkəmizdə görülən memarlıq işləri bu sahədə nə qədər irəli getdiyimizi deməyə əsas verir. Hazırda paytaxtda bəzi ərazilərdə aparılan söküntü və quruculuq işlərindən də bu, aydın görünür.

O da bildirilib ki, Azərbaycanın bu istiqamətdə həm böyük təcrübəsi, həm də böyük uğurları var. İşğaldan azad olunmuş ərazilərdə çox qısa bir zamanda yüzlərlə yaşayış məntəqəsinin planlaşdırma sənədləri hazırlanıb və həmin ərazilərə əhalimizin qayıdışı davam edir". Ümumilikdə 12 şəhərin planlaşdırma sənədləri əsasında həmin şəhərlər yenidən qurulur. Çox qısa bir dövr üçün hazırlanmış və icra olunan bu işlər misilsiz bir nümunədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
36
xezerxeber.az

1Mənbələr