AZ

Trampdan Azərbaycana DƏVƏTVİDEO

ABŞ Prezidenti Donald Tramp Azərbaycanı Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulmağa dəvət edib.

Xezerxeber.az xəbər verir ki, Donald Tramp bununla bağlı Prezident İlham Əliyevə məktub göndərib. Məktubda deyilir ki, Tramp şuranın sədri kimi, Azərbaycanı təsisçi üzv dövlət qismində qoşulmağa və sülh şurasının nizamnaməsinə tərəf olmağa rəsmi şəkildə dəvət edib. Qeyd olunub ki, hər bir üzv dövlət onun adından iclaslarda iştirak etmək və təmsil olunmaq üçün səlahiyyətli nümayəndə təyin edə bilər.

Prezident İlham Əliyev də öz növbəsində Donald Trampa məktub ünvanlayıb. Məktubda bildirib ki, bu dəvəti Azərbaycanla Amerika Birləşmiş Ştatlarının qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul edir. Azərbaycan sülh şurasına qoşularaq, onun Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Azərbaycan sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində daim fəal mövqedədir.

Politoloq İlyas Hüseynov bildirir ki, Azərbaycanın regional və beynəlxalq miqyasda həyata keçirdiyi siyasət sülhə, təhlükəsizliyə və sabitliyə hesablanıb. Ərazi bütüövlüyünü və suvereliyinin təmin etdikdən sonra Azərbaycana beynəlxalq diqqət daha da artıb. Azərbaycan -ABŞ münasibətləri də yüksələn xətlə inkişaf edir.

Politoloq vurğulayıb ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən güc mərkəzlərinin sayı getdikcə çoxalır. Azərbaycan bölgədə sülhü təşviq edən dövlət kimi xüsusi diqqətə layiqdir. Önəmli haldır ki, Azərbaycanın sülh istiqamətindəki təşəbbüsləri yüksək qiymətləndirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
58
xezerxeber.az

1Mənbələr