AZ

Dövlət Komitəsi Aparatının sabiq rəhbəri vəfat etdi

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Statistika Komitəsi Aparatının sabiq rəhbəri Ziyad Abbasəliyev yanvarın 21-də vəfat edib.Bu barərə Modern.az-a mərhumun yaxınları məlumat veriblər.

Dəfin mərasimi 22 yanvar 2026-cı tarixində mərhumun altıncı mikrorayondakı evində olacaq.

Ziyad Məhəmmədəli oğlu Abbasəliyev 1950-ci il yanvarın 1-də Qərbi Azərbaycanın (Krasnoselo-Çənmərək) Ağbulaq kəndində anadan olub. 1967-ci ildə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsinə qəbul olunub. Daha sonra təhsilini Moskva Ali Həmkarlar İttifaqı Məktəbinin İqtisadiyyat fakültəsində davam etdirib. Həmin məktəbi  iqtisadçı ixtisasına yiyələnib.Ziyad Abbasəliyev 1973-cü ildə o vaxtkı Azərbaycan SSR Mərkəzi Statistika İdarəsində iqtisadçı kimi işə başlayıb, şöbə risi vəzifəsində işləyib. 1984-cü ildə Kadrlar və tədris mütəxəssisləri idarəsinin rəisi təyin edilib və 1996-cı ilədək həmin vəzifədə çalışıb. 1996-cı ilin fevralından Dövlət Statistika Komitəsində Əhalinin Siyahıya alınması idarəsinin rəisi və komitə sədrinin müavini vəzifəsini icra edib.1999-cu ildə Azərbaycanda əhalinin ilk siyahıyaalınmasının hazırlanıb kecirilməsinə rəhbərlik edib. 2009-cu il siyahıyaalınmasının hazırlanıb kecirilməsi yenidən ona tapşırılıb. 2005-ci ildə Z.Abbasəliyev Dövlət Stastika Komitəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilib və 2015-i ilin sonuna qədər bu vəzifədə calışıb. 2011-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə"medalı ilə təltif olunub. 2015cı ilin oktyabr ayında təqaüdə çıxıb.Allah rəhmət eləsin.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
1
modern.az

2Mənbələr