AZ

Aİ Naxçıvanın dəmir yolu xəttinin bərpasına dəstək göstərməyə hazırdır

Avropa İttifaqı Naxçıvanın dəmir yolu xəttinin bərpası layihələrinə dəstək göstərməyə hazırdır...

"Report" xəbər verir ki, bu fikri Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Davosda görüşü zamanı səsləndirib.

Marta Kos Avropa İttifaqının Azərbaycanın humanitar minatəmizləmə sahəsində fəaliyyətinə, həmçinin Naxçıvanın dəmir yolu xəttinin bərpası layihələrinə dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Komissar işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin onda dərin təəssürat hissi yaratdığını bildirib.

Poliqon.info

Seçilən
58
6
poliqon.info

10Mənbələr