AZ

"Sanderlend" Noa Sadiki üçün qapıları bağladı

İngiltərənin "Sanderlend" klubu gənc istedadı Noa Sadikini heyətində saxlamaq üçün qətiyyətli mövqe nümayiş etdirir.

Fanat.Az xəbər verir ki, "Sanderlend" rəhbərliyi Konqo Demokratik Respublikasından olan yarımmüdafiəçini "Mançester Yunayted"ə satmaq niyyətində deyil.

"SunSport"un yaydığı məlumata görə, 19 yaşlı futbolçunun son 6 aydakı yüksək performansı onun bazar dəyərini sürətlə artıraraq, "qara pişiklər"in vaxtilə ödədidiyi 15 milyon funt-sterlinqlik məbləği ən azı iki dəfə üstələyib.

"Mançester Yunayted"in bu transfer üçün Manuel Uqarteni və əlavə pul kompensasiyasını ehtiva edən mübadilə təklifinə hazırlaşdığı bildirilsə də, "Sanderlend" tərəfi bu cür yaxınlaşmaları birbaşa rədd edəcəyini bəyan edib. Sadiki hazırda Premyer Liqa təmsilçisinin orta xəttindəki ən effektiv qüvvələrdən biri hesab olunur.

Kamil Xudiyev

Seçilən
37
1
fanat.az

2Mənbələr