AZ

“Qarabağ” “Ayntraxt”ı məğlub etdi Qələbə qolunu Bəhlul vurdu

ain.az, Dogru.az portalına istinadən məlumat yayır.

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Doğru.az xəbər verir ki, Ağdam klubu Liqa mərhələsinin 7-ci turunda Almaniya təmsilçisi “Ayntraxt”ı qəbul edib. Görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub və İsveçrəli hakim Sandro Şerer tərəfindən idarə olunub.

Matçın 4-cü dəqiqəsində Kamilo Duran hesabı açsa da, 11-ci dəqiqədə “Ayntraxt” bərabərlik qolunu vurub. 78-ci dəqiqədə Almaniya klubu penalti zərbəsi ilə önə keçsə də, Duran 79-cu dəqiqədə yenidən tarazlığı bərpa edib.

Matçın sonuncu, 90+4-cü dəqiqəsində Bəhlul Mustafazadə qələbə qolunu vuraraq “Qarabağ”ı 3 xalla təmin edib.

Bu, Ağdam klubunun ÇL-də son ev oyunudur. Hazırda komandamız 7 xalla 25-ci pillədədir.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
1
dogru.az

2Mənbələr