AZ

Səkkiz aya hazırladı, dediyi qiymət təəccübləndirdi Fatimeyi Zəhra məscidinin taxta maketi

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Günəşli qəsəbəsində fəaliyyət göstərən usta Etibar Cəlilov 8 ay ərzində "Fatimeyi-Zəhra" məscidinin böyük ölçülərdə taxta maketini hazırlayıb.

Səkkiz aya hazırladı, dediyi qiymət təəccübləndirdi - "Fatimeyi-Zəhra" məscidinin taxta maketi

Ustanın sözlərinə görə, maket əsasən fanerdən və şam ağacından hazırlanıb və tamamilə əl işidir. Hazırlanma prosesində hər hansı əlavə qurğudan istifadə olunmayıb.

Maketin üzərində təxminən 4 minə yaxın taxta "kərpic" əllə hazırlanaraq bir-bir yığılıb. Günbəz və minarələr çıxarıla bilən formada dizayn olunub, giriş hissələri və qapılar da detallı şəkildə işlənib.

Etibar usta bildirir ki, maketin qiyməti 16 min manatdır. Onun sözlərinə görə, ziyarətçilər bu məbləğin əsərin real dəyərindən xeyli aşağı olduğunu deyirlər.

Usta həmçinin qeyd edib ki, maketi görənlər arasında bu əsərdən təsirlənərək namaza başlayanlar da olub:

"Namaz qılmayan bir insan gəlib maketi görəndə gözü doldu. İndi namaz qılır. Mən özüm də bilmirəm, həmin adamı o hala salan nə oldu".

O, əsəri hazırlayarkən ciddi çətinliklərlə üzləşdiyini də söyləyib:

"Bu maketi hazırlayanda dəfələrlə barmağım kəsilib, huşumu itirmişəm. Məni ağır vəziyyətdə xəstəxanaya aparıblar. Amma yenə də sənətimdən əl çəkməmişəm. Həmişə öz işimin aşiqi olmuşam".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
oxu.az

1Mənbələr