AZ

Trampdan “Sülh Şurası” ilə bağlı açıqlama: “Təsir gücü olmayanlarla iş getməz”

ABŞ Prezidenti Donald Tramp “Sülh Şurası” təşəbbüsü ilə bağlı jurnalistin sualını cavablandırarkən diqqətçəkən açıqlamalar verib.

NOCOMMENT.az xəbər verir ki, reportyorun Rusiya Prezidenti Vladimir Putinin niyə bu quruma dəvət olunması ilə bağlı sualına Tramp belə cavab verib:

“Biz hamını dəvət etmək istəyirik. Mənim üçün mübahisəli sayılan bir neçə insan var, amma onlar öz işlərini görən insanlardır. Bunlar böyük təsir gücünə malik şəxslərdir. Əgər şurada yalnız uğursuz insanlar olsaydı, bu yaxşı olmazdı”.

Tramp bildirib ki, “Sülh Şurası” faktiki olaraq Birləşmiş Millətlər Təşkilatının görməli olduğu bir çox işi yerinə yetirəcək:

“Şura BMT-nin görməli olduğu bir çox işi görəcək. Biz BMT ilə işləyəcəyik, amma ‘Sülh Şurası’ xüsusi olacaq”.

Trampın bu açıqlaması beynəlxalq siyasətdə alternativ platformaların yaradılması ideyasının Vaşinqtonda gündəmdə olduğunu göstərir və təşəbbüsün gələcəkdə qlobal müzakirələrə səbəb olacağı istisna edilmir.

Aliyə

Seçilən
44
nocomment.az

1Mənbələr