Prezident İlham Əliyev "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununun baş hakimi barəsində lazım olan şərhi verib.
Bakıvaxtı.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis Bakıda "Ayntraxt"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunundan sonra Azərbaycan çempionunu təbrik edən Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib:
"Mən də öz növbəmdə qələbə münasibəti ilə Cənab Prezident İlham Əliyevi təbrik edirəm. Bizə göstərdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. Qarşılaşmanın baş hakimi Sandro Şererin haqsız qərarları ilə bağlı lazım olan bütün fikirləri Prezident bildirdi. Məncə onun sözlərindən sonra əlavə şərhə ehtiyac yoxdur. Təbii ki, mən də oyun sırasında əsəbləşmişdim, lakin sonradan hirsim soyudu".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qarabağ" - "Ayntraxt" oyunundan sonra Ağdam təmsilçisini 3:2 hesablı qələbə qazanması münasibəti ilə təbrik edib və matçın baş hakiminin oyun sırasında ədalətsiz, eləcə də qərəzli qərarlar qəbul etdiyini bildirib.