Tehran nüvə proqramını davam etdirərsə, ABŞ İrana qarşı yenidən hərbi güc tətbiq etməyə hazır olacaq.
"Yeni Sabah" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp CNBC-yə verdiyi müsahibədə bildirib.
"İrana hücum... Əgər bu işlə məşğul olmağa davam etsələr, bu, yenidən baş verəcək. Onlar nüvə proqramını dayandırmalıdırlar. Onlar nüvə proqramları ilə təcrübələr aparmağa davam edirlər", - deyə ABŞ lideri bəyan edib./Oxu.az
Telegram kanalımız