AZ

"Qarabağ" Çempionlar Liqasında neçəncidir?

style='margin-bottom:10px;'>

Bu gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 7-ci turuna yekun vurulub.

QOL.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Bakıda "Ayntraxt"la qarşılaşıb. Ağdam təmsilçisi Almaniya klubuna 3:2 hesabı ilə qalib gələrək bu mərhələdə 3-cü qələbəsini qazanıb.

Aktivində 3 qələbə və 1 heç-heçə olan Qurban Qurbanovun komandası hazırda sıralamada 10 xalla 18-cidir. "Qarabağ" Liqa mərhələsinin son görüşündə "Liverpul"la (İngiltərə) qarşılaşacaq. Ağdam təmsilçisi son oyundan əvvəl pley-offa yüksəlmək üçün yaxşı şans qazanıb.

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

Seçilən
117
2
teleqraf.com

3Mənbələr