AZ

Tramp özünü diktator adlandırdı

BAKI, 22 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışını şərh edərkən özünü diktator adlandırıb.

Teleqraf xəbər verir ki, onun çıxışı Ağ Evin "Youtube" kanalında yayımlanıb. .

Tramp bildirib ki, çıxışı müsbət qarşılanıb və bu onu təəccübləndirib:

“Çox yaxşı çıxışımız oldu, tərif dolu rəylər aldıq. Buna inana bilmirəm. Adətən deyirlər ki, Tramp dəhşətli diktatordur. Mən diktatoram. Amma bəzən diktator lazımdır”, - deyə ABŞ lideri qeyd edib.

Onun sözlərinə görə, bu yanaşma sağlam məntiqə əsaslanır.

“Hər şey sağlam məntiq üzərində qurulub. Bu, nə mühafizəkarlıqla, nə liberalizmlə, nə də başqa bir anlayışla bağlıdır”, - o bildirib.

Seçilən
69
4
teleqraf.com

5Mənbələr