AZ

Radiator üzərində paltar qurudanların NƏZƏRİNƏ: Eviniz yana bilər

Paytaxt sakinləri arasında yayılmış vərdiş radiatorların üstünə paltar asmaq həm ev əşyalarına, həm də sağlamlığa ciddi təhlükə yarada bilər. Mütəxəssislər bildirir ki, radiator üzərində paltar qurutmaq qızdırıcının həddindən artıq qızmasına, hətta yanğın riskinin artmasına səbəb ola bilər.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri xəbərdarlıq edir ki, radiator üzərində qalın paltarlar və ya çoxlu sayda əşyalar qoymaq həm qızdırıcının işləmə qabiliyyətini azaldır, həm də elektrik qısaqapanmasına yol açaraq yanğına səbəb ola bilər. Eyni zamanda, belə vərdiş otaqda rütubətin çoxalmasına və küf, göbələk yaranmasına səbəb ola bilər. 

Mütəxəssislər tövsiyə edir ki, paltarlar qurutmaq üçün xüsusi qurutma qurğularından, pəncərə yanındakı ventilyasiya olunan yerlərdən istifadə edilsin və radiatorların üzəri boş saxlanılsın. Bu həm təhlükəsizliyi təmin edir, həm də qızdırıcının effektivliyini qoruyur. 

Aysel
Milli.Az 

Seçilən
47
1
milli.az

10Mənbələr