Bosfor boğazında naməlum kişi meyiti tapılıb.
Publika.az xəbər verir ki, onun avqust ayında itkin düşən rusiyalı üzgüçü Nikolay Sveçnikov ola biləcəyi güman edilir.
Bu barədə IHA xəbər agentliyi məlumat yayıb.
“Boğazda naməlum kişi cəsədi tapılıb. Dəniz polisi meyiti boğazdan çimərlik paltarında çıxarıb. Onun avqust ayında itkin düşən üzgüçü Nikolay Sveçnikov olduğu güman edilir”, – agentliyin açıqlamasında deyilir.