AZ

Qrenlandiya ilə bağlı razılığa gəldilər

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Davosda NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi görüşdən sonra Qrenlandiya və bütövlükdə Arktika bölgəsinin gələcəyi ilə bağlı razılaşma üçün çərçivə yaradıldığını açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Tramp bildirib ki, bu razılaşma çərçivəsində 1 fevralda qüvvəyə minməsi planlaşdırılan gömrük tarifləri tətbiq edilməyəcək.

“Qrenlandiyanın və əslində, bütün Arktika bölgəsinin gələcəyi ilə bağlı bir razılaşmanın çərçivəsini formalaşdırmışıq. Bu mexanizm həyata keçirilərsə, ABŞ və bütün NATO ölkələri üçün son dərəcə müsbət nəticələr doğuracaq. Bu razılaşmanın bir hissəsi olaraq 1 fevralda qüvvəyə minməsi nəzərdə tutulan gömrük tariflərini tətbiq etməyəcəyəm”, - o qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte Davos şəhərində Dünya İqtisadi Forumu (WEF) çərçivəsində görüş keçiriblər. Tramp görüşdən əvvəl verdiyi açıqlamada Qrenlandiya məsələsinin də gündəmdə olacağını bildirib.

Görüşdən sonra Tramp sosial media hesabında paylaşım edərək, Qrenlandiyanın gələcəyinə dair mühüm bir razılaşma çərçivəsi üzrə razılıq əldə edildiyini təsdiqləyib.

Tramp ABŞ-nin milli təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyan “Qızıl Günbəz” müdafiə sistemi ilə bağlı əlavə müzakirələrin davam etdiyini də açıqlayıb. Onun sözlərinə görə, danışıqlara vitse-prezident Ceyms Devid Vens, Dövlət katibi Marko Rubio, ABŞ-nin Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uiitkoff və zərurət olduqda digər rəsmi şəxslər rəhbərlik edəcək. Bütün proses barədə birbaşa prezidentə hesabat veriləcək.

Xatırladaq ki, Tramp daha əvvəl Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyadan ABŞ-yə idxal olunan məhsullara 2026-cı ilin fevralından etibarən 10 faiz gömrük rüsumu tətbiq ediləcəyini, bu göstəricinin isə 1 iyun 2026-cı ildə 25 faizə qaldırılacağını açıqlamışdı. Yeni açıqlamaya əsasən, sözügedən tariflər razılaşma çərçivəsində qüvvəyə minməyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
qafqazinfo.az

1Mənbələr