AZ

Keçmiş UFC döyüşçüsü Floridada saxlanılıb

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Surinamlı ağır çəkidə keçmiş UFC döyüşçüsü Jairzinyo Rozenstrayk ABŞ-ın Florida ştatında həbs edilib.

İdman.Biz bildirir ki, barədə Brouard şəhər şerifinin ofisindən məlumat verilib.

Rozenstrayk məişət zorakılığı və qanunsuz azadlıqdan məhrumetmə cəzası ilə ittiham olunur. Hər iki iş üzrə məhkəmə prosesi davam edir və hələlik hökm çıxarılmayıb. Bundan əlavə, döyüşçü immiqrasiya həbsindədir və bu, girov müqabilində azadlığa buraxılmasını məhdudlaşdıra bilər.

Rozenstraykin həyat yoldaşı sosial mediada bildirib ki, həbs Jairzinyonun qonşusu ilə mübahisəsindən sonra baş verib və polis çağırılıb. Artıq girov ödənilib və istintaq davam edir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
icma.az

2Mənbələr