AZ

Aİ Trampın əlavə tariflər tətbiq etməkdən imtinasını alqışladı

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) liderləri ABŞ prezidenti Donald TrampınQrenlandiya ilə bağlı fevral ayında qüvvəyə minməsi planlaşdırılanrüsumları qaldıracağı ilə bağlı açıqlamasına müsbət reaksiyaveriblər.

Trend-in məlumatına görə, bununla bağlı Niderlandın Baş naziriDik Şuf "X" sosial şəbəkəsində belə yazıb: "Deeskalasiya yolununbaşlamasına və idxal rüsumlarının gündəmdən çıxarılmasınaşadam".

İtaliyanın baş naziri Corca Meloni də xəbəri müsbət qarşılayıb."Müttəfiq ölkələr arasında dialoqun inkişafını davam etdirməkvacibdir", - deyə o vurğulayıb.

Öz növbəsində, İrlandiyanın Baş naziri Maykl Martin D.Trampınaçıqlamasını "xoş xəbər" adlandırdı və qeyd edib ki, indi bütünmaraqlı tərəflər gərginliyi azaltmalı və iqtisadiyyata diqqətyetirməlidirlər.

Finlandiya Prezidenti Aleksandr Stubb da öz növbəsində "CNN"əbildirib ki, tərəflər gərginliyi azaltmağa nail olublar, lakin "buhələ son deyil". O bildirib ki, ABŞ-nin Qrenlandiyanı əldə etməkplanları ilə bağlı Avropa üç ssenari ilə üzləşə bilərdi.

"Yaxşı bir seçim çıxış yolu tapmaq və NATO-nun köməyi iləArktikada təhlükəsizliyin yaxşılaşdırılması prosesini başlatmaqolardı. Pis bir seçim rüsumlar müharibəsini davam etdirmək, ən pisseçim isə hərbi müdaxilə olardı", - deyə o qeyd edib.

Seçilən
133
1
az.trend.az

2Mənbələr