AZ

Sağlam həyatın əsas şərtlərindən biriBUDUR

Uzun ömürlülük artsa da, artıq onun keyfiyyəti barədə düşünməyin vaxtı çatıb.

Redaktor.az xəbər verir ki, bu fikirləri onkoloq Vladimir İvaşkov özünün teleqram kanalında bildirib.

Həkimin sözlərinə görə, sağlam və uzunömürlü həyatın əsas şərtlərindən biri müntəzəm fiziki fəaliyyətdir. O qeyd edib ki, idmanla mütəmadi məşğul olmaq ürək-damar xəstəlikləri riskini 30 faiz azaldır və orta ömür müddətini təxminən beş il artırır.

İvaşkov əlavə edib ki, pozitiv düşüncə tərzi və stressə davamlılıq qocalma ilə bağlı bioloji göstəricilərə müsbət təsir edir. Bu amillər orqanizmdə iltihabı azaldır, hüceyrələrin daha gec qocalmasına kömək edir.

Mütəxəssis bildirib ki, tərəvəzlər, balıq və zeytun yağını əhatə edən Aralıq dənizi pəhrizi ömür uzunluğunun təxminən 20 faiz artması ilə əlaqələndirilir. Onun sözlərinə görə, vitamin və mineral preparatlarının kurs şəklində qəbulu qida maddələrinin çatışmazlığını aradan qaldırmağa və orqanizmi müxtəlif xəstəliklərdən qorumağa kömək edir.

Sonda həkim vətəndaşları daha aktiv sosial həyat sürməyə, siqaretdən imtina etməyə və alkoqol qəbulunu minimuma endirməyə çağırıb.

Aytəkin TOFİQQIZI

Seçilən
51
redaktor.az

1Mənbələr