Bakı.Trend:
Bakıda avtomobillə motosiklet toqquşub.
Trend-inməlumatına görə, hadisə ötən gün saat 22 radələrində baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Şəfizadə Tural Cəmşid oğlu idarəetdiyi “Renault Megane” markalı avtomobil ilə hərəkətdə olan zamanBakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli XanXoyski küçələrinin kəsişməsində əks istiqamətində hərəkətdə olan2007-ci il təvəllüdlü Səfərli Ramal Elnur oğlunun idarə etdiyi“İhondza FX32” markalı motosiklet ilə toqquşub.
Hadisə nəticəsində motosiklet sürücüsü həyatını itirib.
Faktla bağlı 21.01.2026-cı il tarixdə Nərimanov RPİ-nin İŞ-dəCM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaqaparılır.