Yevlax şəhərində beş nəfər dəm qazından zəhərlənib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, zəhərlənən şəxslərdən 1959-cu il təvəllüdlü Məhəmməd İsmayılov vəfat edib.
Digər dörd nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.