AZ

“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı

Bakı. Trend:

SİMA yeni nəsil rəqəmsal imza “Expressbank” ilə tərəfdaşlığabaşlayıb.

Artıq “Expressbank”da əmanətlərin yerləşdirilməsi prosesi “SİMAİmza” ilə rəqəmsallaşdırılıb. Bunun üçün müştərilər banka gəlmədən,“Express24” mobil tətbiqində hesab yaradıb, daha sonra müqavilələri“SİMA İmza” ilə məsafədən imzalayaraq əmanətlərini yerləşdirəbilərlər. Xidmətdən istifadə zamanı heç bir fiziki sənəd tələbedilmir.

Hazırda “Expressbank”da “SİMA İmza” ilə digər bankəməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində də işləraparılır.

Qeyd edək ki, SİMA rəqəmsal imza AZCON Holding şirkətlərindənolan “AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA İmza” iləvətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur,qurumların iş yükü və xərcləri azalır. Mobil tətbiqi yükləməkləəldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün həmişəlik,sahibkarlar üçün isə ilk 6 ay müddətində ödənişsiz təqdimedilir.

Rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.azsaytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etməkmümkündür.

Məqalədə:
Seçilən
29
7
az.trend.az

8Mənbələr