AZ

ARDNF qlobal kapitalın mərkəzinə çıxır - ŞƏRH

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Davosdaaktivlərin idarə edilməsi üzrə dünyanın ən böyük şirkətlərindənolan “BlackRock” və onun törəmə şirkəti “Global InfrastructurePartners” (GIP) ilə uzunmüddətli strateji əməkdaşlıq niyyətinirəsmiləşdirib.

Bu əməkdaşlığı Azərbaycan üçün sadəcə maliyyə yatırımı, yoxsaqlobal maliyyə sisteminə institusional inteqrasiya kimiqiymətləndirmək olar?

Belə bir əməkdaşlıq ARDNF-in gələcəkdə daha ucuz və böyükkapitala çıxışını asanlaşdıra bilərmi?

Mövzu ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı- ekspert EldənizƏmirov bildirib ki, ARDNF, BlackRock və Global InfrastructurePartners (GIP) arasında qurulan əməkdaşlıq Azərbaycan üçün sadəcəmaliyyə yatırımı deyil, eyni zamanda, ölkənin qlobal maliyyəsisteminə institusional inteqrasiyası kimiqiymətləndirilməlidir.

İqtisadçının sözlərinə görə, bu tərəfdaşlıq təkcə kapitalqoyuluşu ilə məhdudlaşmır, daha geniş əməkdaşlıq ekosistemininformalaşmasına xidmət edir:

"Əməkdaşlıq çərçivəsində maliyyə investisiyaları ilə yanaşı,infrastruktur layihələri, institusional investisiya mexanizmləri vəidarəetmə modelləri də əhatə olunur. Bu isə Neft Fondunun gələcəkfəaliyyət imkanlarını genişləndirir və onu daha böyük həcmli qlobalkapitala çıxışla təmin edir.

Bu format klassik investisiya yanaşmasından fərqlənir. Əgərəməkdaşlıq yalnız investisiya yönümlü olsaydı, bank kreditləri vəya fond yatırımları ilə məhdudlaşardı. Mövcud model isə birgəlayihələrin icrası, idarəetmə standartlarının uyğunlaşdırılması,risklərin birgə idarə olunması kimi elementləri əhatə edir ki, buda tərəfdaşlara beynəlxalq maliyyə bazarlarında əlavə üstünlüklərqazandırır".

Eldəniz Əmirov həmçinin qeyd edib ki, belə bir əməkdaşlıqARDNF-in gələcəkdə daha ucuz və daha böyük həcmli kapitala çıxışınıasanlaşdıra bilər:

"Çünki bu platforma çərçivəsində Neft Fondu qlobal maliyyəbazarlarında riskli tərəf kimi deyil, etibarlı institusionaltərəfdaş kimi qəbul olunur. Risklərin azalması isə kapitalındəyərinin – yəni maliyyələşmə xərclərinin – aşağı düşməsinə şəraityaradır", - o, bildirib.

Seçilən
173
az.trend.az

1Mənbələr