2025-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 21 226,1 milyon manat investisiya yönəldilib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, investisiyaların 5 339,6 milyon manatı neft-qaz sektorunun, 15 886,5 milyon manatı isə qeyri-neft-qaz sektorunun inkişafına yatırılıb. Qeyri-neft-qaz sektorunun inkişafına sərf edilən investisiyanın 2 576,4 milyon manatı (ümumi sərmayənin 12,1 faizi) qeyri-neft-qaz sənayesi sektorunda istifadə edilib.
2025-ci ildə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala 4 048,4 milyon manat investisiya yönəldilib ki, bu da əvvəlki ilin göstəricisindən 30 faiz çoxdur.
Əsas investor ölkələr aşağıdakılardır:
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
Birləşmiş Ərəb Əmirlikləri
Türkiyə
Rusiya
ABŞ
İsveçrə
Yaponiya
İran
Macarıstan
Hindistan
Fransa