"Universitetlərdə bəzi ixtisaslarımız bazarın tələblərinə uyğun gəlmir".
Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov bugünkü iclasda deyib.
O bildirib ki, texnologiyalar, ətraf mühit dəyişir və yeni qlobal tendensiyalar var:
"Sual yaranır: biz bu tendensiyalara nə qədər uyğunlaşa bilirik? Bəlkə də hansısa sahələrdə universitetlərə daha çox muxtariyyət vermək olar ki, onlar çevik formada yeni ixtisaslar aça bilsinlər".
Oxu.az
Tarix: 22 Yanvar 2026, 10:22