AZ

Amerika Yaxın Şərqə əlavə hərbi qüvvə göndərir

Yayılan məlumatlara görə, ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirmək məqsədilə bölgəyə əlavə qüvvələr göndərib. Vətəninfo.az xəbər verir  ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 10 ədəd KC-135T tipli yanacaq daşıyan təyyarənin regiona yerləşdirildiyi bildirilir.

Məlumata əsasən, bu təyyarələr havada yanacaq doldurma imkanlarını artırmaqla ABŞ və müttəfiq qüvvələrin əməliyyat qabiliyyətini genişləndirəcək. Ekspertlər bu addımı bölgədə artan gərginlik fonunda Vaşinqtonun hərbi hazırlıq səviyyəsini yüksəltməsi kimi qiymətləndirirlər.

Rəsmi Vaşinqton hələlik sözügedən hərbi köçürmələrlə bağlı açıqlama verməyib. Bununla belə, müşahidəçilər ABŞ-ın Yaxın Şərqdə strateji mövqelərini möhkəmləndirməyə çalışdığını istisna etmirlər.

Seçilən
29
veteninfo.az

1Mənbələr